logo

İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib

19:49 26-01-2021 | icon 1659
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda səfərdədir.

YeniAvropa  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Zərifin yanvarın 27-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşü nəzərdə tutulub.

İranın xarici işlər nazirini sabah, həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən də qəbul ediləcək.

Xatırladaq ki, İran XİN başçısı yanvarın 25-də Azərbaycanda, yanvarın 26-da Rusiyada səfərdə olub.