logo

Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər

18:58 26-01-2021 | icon 1673
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər

Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşündə bildirib.

RF XİN rəhbəri deyib: “Bizi əhatə edən regionda ölkələrimizin rolunu nəzərə alaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstanda vəziyyətin nizamlanması və əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əldə olunduqdan sonra Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət kimi məsələlərə dair dialoqun dərinləşməsində maraqlıyıq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağda sülhə nail olunmasında Rusiya Prezidenti Vladimir Putinin rolunu qeyd edib. O vurğulayıb ki, İrana və Rusiyaya qonşu olan ölkələr arasında Dağlıq Qarabağ münaqişəsi regionda vəziyyəti gərginləşdirirdi, orada insanlar həlak olurdu. İranlı nazirin sözlərinə görə, onun regiona səfərinin məqsədlərindən biri Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatdan irəli gələn imkanlarla ətraflı tanış olmaqdır.