logo

Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib

17:49 26-01-2021 | icon 1701
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib

Prezident İlham Əliyev yanvarın 26-da Albert Mustafayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".