logo

Əhalinin banklardakı əmanətləri artıb

17:27 26-01-2021 | icon 1806
Əhalinin banklardakı əmanətləri artıb

Yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 8 milyard 177,9 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, əhalinin banklardakı əmanətləri son bir ayda 269,7 milyon manat artıb.

Lakin bu göstərici keçən ilin əvvəli ilə müqayisədə 460 milyon manat azdır.