logo

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı

17:07 26-01-2021 | icon 2947
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı

Yanvarın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.