logo

Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb

16:56 26-01-2021 | icon 1708
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

YeniAvropa  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyidi çıxarılıb.

Dağıntılar altında başqa şəxsin qalmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.