logo

Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

16:46 26-01-2021 | icon 1876
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 551 nəfər müalicə olunaraq sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5142 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7807-dir.