logo

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

16:26 26-01-2021 | icon 1918
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

Prezident İlham Əliyev yanvarın 26-da Ramin Quluzadənin yeni təyinatı ilə bağlı  sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilsin".

Xatırladaq ki, prezidentin bu gün səhər imzaladığı digər bir sərəncamla Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.