Prezident İlham Əliyev yanvarın 26-da Oqtay Şahbazovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilsin".
Xatırladaq ki, Oqtay Şahbazov energetika naziri Pərviz Şahbazovun atasıdır.