logo

Ermənilərin AŞ PA sessiyasında daha bir təklifi rədd edilib

15:35 26-01-2021 | icon 1554
Ermənilərin AŞ PA sessiyasında daha bir təklifi rədd edilib

Strasburqda davam edən AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

YeniAvropa xəbər verir ki, Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğrayıb.

Ermənilərin təklif etdiyi dəyişikliklər səs çoxluğu ilə rədd edilib. Erməni nümayəndə heyəti AŞ PA qətnaməsinə üçtərəfli bəyanat qüvvəyə mindikdən sonra Azərbaycan ərazilərində saxlanılmış diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı cinayət işi açılmasına etirazları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsi, eləcə də erməni dini abidələri ilə bağlı bir neçə dəyişiklik təklif edib. Təkliflərin heç biri səsvermədən keçməyib.