logo

Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək

15:11 26-01-2021 | icon 4004
Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək

Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları İdarəsinin rəis müavini Ceyhun Cəfərov məlumat veribb.

O bildirib ki, azad olunmuş ərazilərdə 135,5 kilometrdən artıq yolun bərpası işləri aparılıb, 80 kilometrdən çox yeni yollar çəkilib. Bu yolların çəkilməsi, ərazilərin təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə, 17 min 500-dən çox müxtəlif çaplı hərbi sursat zərərsizləşdirilib.

C.Cəfərov qeyd edib ki, Ali Baş Komandanın əmrinə əsasən işlərin sürətləndirilməsi, görülən işlərin effektivliyinin artırılması məqsədilə müasir mina təmizləmə maşınları alınıb və yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir. Bundan əlavə, mina təmizləmə cihazlarının bir hissəsi alınaraq, bölmələrimizin istifadəsinə verilib.