logo

Xəzər dənizində zəlzələ olub

14:41 26-01-2021 | icon 1750
Xəzər dənizində zəlzələ olub

Yanvarın 26-da Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 12:09-da qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.