logo

İlham Əliyev Fransan XİN-nin dövlət katibini qəbul edib

14:30 26-01-2021 | icon 1764
İlham Əliyev Fransan XİN-nin dövlət katibini qəbul edib

Prezident İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.