logo

İlham Əliyev Ramin Quluzadəni nazir vəzifəsindən azad etdi

13:03 26-01-2021 | icon 1799
İlham Əliyev Ramin Quluzadəni nazir vəzifəsindən azad etdi

Prezident İlham Əliyev yanvarın 26-da Ramin Quluzadənin nazir vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad İnstitutunda bakalavr, sonra isə magistr təhsili alıb. Rus və ingilis dillərini bilir.Ailəlidir, 2 övladı var.
2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. 2015-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016– ildə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri,  2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.