logo

Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıblar

12:02 26-01-2021 | icon 1666
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıblar

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirdə rayonun Qonaqkənd kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.Qeyd edilib ki, araşdırma zamanı brakonyerlərin Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları müəyyənləşib.

Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində rayon polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.