logo

Qusar rayon Mərkəzi Xəstəxanasının baş direktoruna cinayət işi açıldı

11:09 26-01-2021 | icon 2121
Qusar rayon Mərkəzi Xəstəxanasının baş direktoruna cinayət işi açıldı

Səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

Qusar rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı “Qusar Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz tibbi yardım bölməsinin bir neçə əməkdaşına COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə həmin qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin