logo

“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi

17:57 25-01-2021 | icon 1694
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi

"Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq".

YeniAvropa xəbər verir ki, bu sözləri Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç bu gün AŞ PA-nın qış sessiyasında çıxışında deyib.

O bildirib ki, hər iki ölkənin səlahiyyətli şəxsləri ilə məsləhətləşmələr, danışıqlar aparılıb.

"Biz hər zaman sülhün nə qədər vacib olmağı barəsində danışmışıq. Bu görüşlər, danışıqlar Avropa Şurasının mandatı çərçivəsində hər iki ölkəyə post-konflikt dəstəyi vermək barəsindədir. Çünki Avropa torpaqlarındakı hər bir şəxs öz hüquqlarının müdafiəsi haqqına sahibdir. Biz bunun olmağını təmin etmək üçün çalışırıq", - deyə Mariya Peyçinoviç-Buriç bildirib.