logo

250 qırqovul vəhşi təbiətə buraxılıb

17:29 25-01-2021 | icon 1778
250 qırqovul vəhşi təbiətə buraxılıb

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

Bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”,-deyə Arzu Səmədova bildirib .