Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini yayıb.
YeniAvropa xatırladır ki, Kürdlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 20-də kəndi işğaldan azad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: