logo

Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar

16:56 25-01-2021 | icon 1687
Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar

Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, ayrı-ayrı vaxtlarda rayon ərazisindəki evlərdən oğurluq edən şəxslər Suraxanı rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıq oğurladıqları da məlum olub.

Faktlarla bağlı 31-ci polis bölməsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.