logo

Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib

15:59 25-01-2021 | icon 2338
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının(AGF) prezidenti seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvləri seçiliblər.