logo

Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib

15:35 25-01-2021 | icon 1750
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib

Belçikalı deputat Hendrik Daems yenidən Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) prezidenti seçilib.

YeniAvropa xəbər verir ki, bu gün Strasburqda  AŞ PA-nın qış sessiyası öz işinə başlayıb.

Sessiyasının açılışından sonra  qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib.

AŞ PA-nın ötənilki prezidenti belçikalı Hendrik Daems yenidən Assambeyanın prezidenti seçilib.

Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə postmonitorinq dialoqu, COVID-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrı-seçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

AŞPA-nın qış sessiyası yanvarın 29-dək davam edəcək.