logo

Nardaranda silahlı şəxs saxlanılıb

14:47 25-01-2021 | icon 1519
Nardaranda silahlı şəxs saxlanılıb

Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bölməyə əvvəllər dəfələrlə məhkum edilmiş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz tədbirlər nəticəsində tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı “TT” markalı tapança, bir sandıqça və dörd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.