logo

Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb

14:08 25-01-2021 | icon 1834
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

YeniAvropa ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Bundan əlavə, Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat təşkil edib.