logo

Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib

12:50 25-01-2021 | icon 1911
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 3 milyard 522,7 milyon ABŞ dolları gəlir əldə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.