logo

Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

11:55 25-01-2021 | icon 1666
Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

Hüquq müdafiəçi Oqtay Gülalıyevin səhətində müsbət dəyişikliklər müşahidə olunur.

 YeniAvropa xəbər verir ki, bu barədə  AXCP-in Ali Məclisinin sədri Nurəddin Məmmədli sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, Oqtay Gülalıyev artıq əl-ayağını tərpədir:"Çağırışlara reaksiya verir, xoş xəbər deyəndə gülümsəyir, əl və ayaqlarını tərpədə bilir. Allahım, möcüzəni əsirgəmə”.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevİ vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.

Hadisədən sonra ailəsinin etdiyi müraciət nəzərə alınaraq, Oqtay Gülalıyevin Bakıdakı müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xaricdən əlavə mütəxəssislər də cəlb edilmişdir. Daha sonra ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında ayrılmış xüsusi ambulans təyyarə ilə İstanbula aparılmış, burada Fondun maliyyə dəstəyi ilə Avrasiya və Amerikan xəstəxanalarında müvafiq əməliyyatlar həyata keçirilmiş və müalicə kursu təşkil edilmişdir.

Xatırladaq ki, Firuzə Gülalıyeva 14 sentyabr 2020-ci il tarixində Heydər Əliyev Fonduna müraciət edərək Oqtay Gülalıyevin Türkiyədəki müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə yardımından imtina etdiyini bildirmişdir. 31 oktyabr tarixində yenidən Heydər Əliyev Fonduna müraciət edən Firuzə Gülalıyeva imtina etdiyi müddət ərzində Oqtay Gülalıyevin Türkiyədə müalicəsi ilə əlaqədar yaranan xəstəxana xərclərinin Fond tərəfindən ödənilməsini və onun Bakıya gətirilməsinin təşkil olunmasını xahiş etmişdir.

Həkimlərin rəyinə əsasən, Oqtay Gülalıyevin müalicəsi bundan sonra ev şəraitində davam etdirilə bilər. Bir il ərzində Oqtay Gülalıyevin müalicəsinə təşkilati və maliyyə yardımı göstərən Heydər Əliyev Fondu Oqtay Gülalıyevin Bakıda evində müalicəsinin təşkili üçün müvafiq şəraitin yaradılmasına da köməklik edib.