logo

AŞ PA-nın qış sessiyası başlayır

10:08 25-01-2021 | icon 1673
AŞ PA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayır.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, sessiya dövründə  AŞ PA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və   digər mövzularda fikir mübadiləsi aparılacaq.

AŞ PA-nın qış sessiya yanvarın 28-dək davam edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün  Strasburqa yollanıb. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.