logo

Bərbərxana və gözəllik salonlarının da fəaliyyəti bərpa olundu

09:32 25-01-2021 | icon 1708
Bərbərxana və gözəllik salonlarının da fəaliyyəti bərpa olundu

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunur. Bildirilir ki, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunur.

O cümlədən, bu gündən bu sahələrdə müştərə evində və ya digər məkanda xidmət də bərpa edilib.