logo

Bu gündən 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

09:19 25-01-2021 | icon 1736
Bu gündən 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

 YeniAvropa xəbər verir ki,  bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu gün saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.