logo

İranın xarici işlər naziri Azərbaycana səfərə gəlir

16:25 24-01-2021 | icon 1617
İranın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Yanvarın 24-25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  Azərbaycanda səfərdə olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunb ki, səfər zamanı o, baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramovla görüşəcək.

Səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək:

-iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq;

-İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı;

-İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı;

-"Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı

Məlumatda bildirilib ki, İranın xarici işlər nazirinin Bakıya səfəri regiona planlaşdırılan turnesi çərçivəsində gerçəkləşəcək. M.Zərif Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə də səfər edərək bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.