logo

Azərbaycana qarşı döyüşən 2 livan ermənisinə cinayət işi açılıb

15:05 24-01-2021 | icon 1792
Azərbaycana qarşı döyüşən 2 livan ermənisinə cinayət işi açılıb

Vətən Müharibəsində Azərbaycan Ordusuna qarşı döyüşlərdə əsir götürülən iki livan ermənisinə qarşı cinayət işi açılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya müsahibəsində qondarma rejimin  fövqəladə hallar üzrə xidmətin rəsmisi Unan Tadevosyan məlumat verib. 

Onun sözlərinə görə Livan vətəndaşları olan Akop Terziyan və Akop Xaciryan Qarabağda döyüşərkən Azərbaycan tərəfinə əsir düşüblər. 

Rəsmi Bakı onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddələri, o cümlədən 228.3(qanunsuz silah gəzdirmə),  214.2.1 və 241.2.3(terrorizm), 279.1(dini zəmində  silahlı birləşmələr yaratma) və 318.2 (dövlət sərhəddini qeyri-qanuni keçmə) maddələri üzrə cinayət işi başlayıb.  

Məhkəmə işinə hakim Azər Tağğıyevin sədirliyi ilə Səbail rayon Məhkəməsində baxılacaq.