logo

Qarabağda tapılan daha 30 erməni hərbçinin cəsədi qarşı tərəfə verildi

14:34 24-01-2021 | icon 2520
Qarabağda tapılan daha 30 erməni hərbçinin cəsədi qarşı tərəfə verildi

Qarabağda tapılan daha 30 erməni hərbçisinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, ötən gün cəsədlər Fizuli-Xocavənd  istiqamətində aşkarlanıb.

Axtarışlara erməni tərəfindən əraziyə bələd olan hərçi qulluqçular, itkin düşənlərin yaxın qohumları da cəlb edilib. 

Erməni tərəfi cəsədlərin tanınmaz halda olduğunu, onların kimliyinin müəyyən olunması üçün ekspertiza təyin ediləcəyini açıqlayıb.  

Bu gün , yanvarın 24-də cəsədlərin qalıqları Füzuli-Cəbrayıl istiqamətində davam etdiriləcək.

Xəbərda bildirilib ki, 2020-ci il noyabrın 10-dan indiyədək Qarabağda aparılmış axtarış işləri nəticəsində 1281 erməni hərbçinin cəsədləri və ya onların qalıqları tapılıb.