logo

Yerevanda Paşinyanın istefası tələbi ilə növbəti avto-yürüş keçirilir

14:12 24-01-2021 | icon 1925
Yerevanda Paşinyanın istefası tələbi ilə növbəti avto-yürüş keçirilir

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində növbəti avtomobil yürüşü keçirir.

YeniAvropa erməni KİV-nə istinadən bildirir ki, avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.