logo

Şamaxıda palçıq vulkanı püskürüb

11:44 24-01-2021 | icon 1764
Şamaxıda palçıq vulkanı püskürüb

Yanvarın 23-də saat 19:30 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb.

YeniAvropa xəbər verir ki, bu barədə Şamaxı rayon İH-nin fövqəladə hallar komissiyasından bildirilib.Qeyd edilib ki, püskürmə kəndin 500 metrliyində qeydə alınıb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Təqribən 5 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 3 hektar ərazidə torpağın üz səthinə yayılıb. Bu ərazi 8 kənd sakininin payızlıq əkin sahəsi olub.

Bildirilib ki, palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar da yaranıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlara məlumat verilib.