logo

Mövlud Çavuşoğlu gəmiçilərimizin ölümünə görə Ceyhun Bayramova başsağlığı verdi

09:40 24-01-2021 | icon 1540
Mövlud Çavuşoğlu gəmiçilərimizin ölümünə görə Ceyhun Bayramova başsağlığı verdi

Yanvarın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.