logo

Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayıldı

16:46 23-01-2021 | icon 1449
Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xatırladır ki, Qamışlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: