logo

SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi

16:25 23-01-2021 | icon 2261
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi

Prezident İlham Əliyev yanvarın 23-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edillib:

                               Müşahidə Şurasının sədri

 Mikayıl Cabbarov –  iqtisadiyyat naziri

                              Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Birinci vitse-prezidentin köməkçisi

İsrafil Məmmədov – Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov –  energetika nazirinin müavini

Azər Bayramov – maliyyə nazirinin müavini

Rövşən Nəcəf –   iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru