logo

İlham Əliyev AMEA Naxçıvan bölməsinin sədrini "Şöhrət" ordeni ilə təltif edib

15:05 23-01-2021 | icon 1813
İlham Əliyev AMEA Naxçıvan bölməsinin sədrini "Şöhrət" ordeni ilə təltif edib

Prezident İlham Əliyev yanvarın 23-də İsmayıl Hacıyevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, İsmayıl Muxtar oğlu Hacıyev 21 yanvar 1951-ci ildə Culfa rayonunda anadan olub.  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədridir.

O, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012) fəxri adlarını daşıyır.