logo

Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib

20:13 22-01-2021 | icon 2030
Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) yanvarın 25-dən Azərbaycanın daha 13 müəssisəsindən pomidor və alma idxalına icazə verib.

YeniAvropa xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Qeyd olunur ki, bu barədə qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən fitosanitar monitorinqin nəticələrinə dair alınan informasiyanın təhlilindən sonra qəbul edilib.

Bununla da ölkəmizdən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilən müəssisələrin sayı 47-yə  çatıb.

Xatırladaq ki, “Rosselxoznadzor” Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar  dekabrın 10-dan onların ölkəyə idxalını qadağan etmişdi.

Qabağalara səbəb guya pomidorda Cənubi Amerika pomidor güvəsi , almalarda isə şərq almaqurdunun aşkarlanması deyilirdi. 

İqtisadçı alim Qubad İbadoğlu isə məsələyə fərqli yanışırdı. Onun sözlərinə görə, Rusiya bazarına Azərbaycanda yetişdirilən pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir.

"Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib.
Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.
Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçirilən hərbi paradla əlaqəsi vardır. Çünki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar",-deyə iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkə hesabında qeyd edib.