logo

“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı

18:48 22-01-2021 | icon 19418
“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı "ARB TV"nin qonaq olub.

YeniAvropa xəbər verir ki,  Afət Fərmanqızı aparıcının "Sizin adınızı bəzi sənətçilər İlhamə Quliyeva ilə birlikdə çəkirlər" sualına qalmaqallı cavab verib:

"İlhamə xanım böyük sənətkarımızdır. Allah rəhmət etsin. Necə ki, vaxtı ilə sənətkar İlhamə Quliyevanın sözü keçirdi, ondan bəzi müğənnilər çəkinirdi, bu gün də şou-biznesdə məndən ehtiyat edirlər, çəkinirlər. Hətta bəziləri qorxurlar. Bir neçəsi mənimlə verilişə gəlməkdən belə ehtiyat da edirlər. Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm".