XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib
İlk növbədə, onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnamə və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın KİV-in Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı sualına cavabında yer alıb.
Leyla Abdullayeva daha sonra bildirib: “Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.
Bir sözlə, Avropa Parlamenti qətnamədə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə, isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.
O ki, qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.
Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub