logo

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

15:35 22-01-2021 | icon 1351
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 22-dən 23-nə keçən gecədən etibarən Zığ Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib.Qeyd edilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülər alternativ olaraq Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.