logo

Azərbaycanda jurnalist qətlə yetirildi 

21:11 21-01-2021 | icon 1484
Azərbaycanda jurnalist qətlə yetirildi 

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub. APA

Azərbaycanda jurnalist qətlə yetirildi  - Foto