logo

Ötən il paytaxtda 10509 cinayət hadisəsi qeydə alınıb

19:49 21-01-2021 | icon 1491
Ötən il paytaxtda 10509 cinayət hadisəsi qeydə alınıb

2020-ci ildə Bakı şəhərində  10 min 509 cinayət hadisəsi qeydə alınıb. Ağır və xüsusilə ağır cinayətlərin sayı 2019-cu illə müqayisədə 171 vahid artaraq 1449 olub. Qeyd olunan cinayət hadisələrinin açılma faizi isə 86,1 faizə yüksəlib.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov yanvarın 21-də  keçirilən Bakı şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində məlumat verib. 

İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Hesabat dövründə Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.