logo

Şamaxı-İsmayıllı yolunda avtomobillərin hərəkəti iflic olub

18:46 21-01-2021 | icon 1456
Şamaxı-İsmayıllı yolunda avtomobillərin hərəkəti iflic olub

Güclü qar nəticəsində səhər saatlarından Şamaxı-Muğanlı-İsmayıllı yolu bağlanıb.

 YeniAvropa xəbər verir ki,  yolun buz bağlaması səbəbi ilə xeyli sayda avtomobil yolda qalıb:

“Artıq iki gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə də İsmayıllı-Muğanlı yolunda yağan güclü qar sürücülərə ciddi problemlər yaradıb. Səhər saatlarından şaxtalı hava səbəbindən yolun bir hissəsi bağlanıb.

Enişli-yoxuşlu yollarda 100-ə yaxın sürücü maşınını əlacsız olaraq yolda qoyub və piyada gedib. Bəzi nəqliyyat vasitələri isə sürüşərək yoldan kənara çıxıb”,-deyə yolda qalan sürücülər "Oxu.az"a bildiriblər.