logo

Muğam Mərkəzində Mərakeş etnik musiqisi səsləndiriləcək

16:49 10-04-2018 | icon 4578
Muğam Mərkəzində Mərakeş etnik musiqisi səsləndiriləcək

eynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq.

YeniAvropa xəbər verir  ki, aprelin 19-da Mərakeş səfirliyinin dəstəyi ilə reallaşacaq konsertdə Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifa nümayiş etdirəcək. Qnava üslubu Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyasıdır.

Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il dörd gün ərzində Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.