logo

Eldar Həsənovun zaminə buraxılması ilə bağlı prezidentə müraciət edildi 

19:20 20-01-2021 | icon 1820
Eldar Həsənovun zaminə buraxılması ilə bağlı prezidentə müraciət edildi 

Bir qrup ziyalı prezident İlham Əliyevə sabiq səfir Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət edib.

 YeniAvropa xəbər verir ki, bu barədə sabiq səfirin yaxınların sosial şəbəkədə məlumat paylaşıblar.

Müraciəti ziyalılardan xalq şairi Vahid Əziz, xalq artisti Rasim Balayev, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Ramiz Rövşən və əməkdar jurnalist Əlövsət Ağalarov imzalayıblar.

Müraciətdə Eldar Həsənovla bağlı həbs-qətimkan tədbirinin zaminliklə dəyişdirilməsinə və onun sözügedən şəxslərin zamininə buraxılmasını xahiş olunur.

Xatırladaq ki, Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənov Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib, daha sonra müddət təkrar uzadılıb. Sabiq səfirə  qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.