logo

Bakı İrəvanla sərhədlərin demarkasiyası üzrə danışıqlara başlayır

18:16 20-01-2021 | icon 1645
Bakı İrəvanla sərhədlərin demarkasiyası üzrə danışıqlara başlayır

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlayır.

 YeniAvropa  “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan  parlamentdə deputatların suallarını cavablandırarkən məlumat verib.  

“Yeni sərhədlərdə müvəqqəti sərhədçi mövqelərinin quraşdırılması demək olar ki, başa çatıb. Biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayırıq. Hökumət müxtəlif qurumlarla məsləhətləşmələr aparıb və bizim mövqeyimiz nəzərə alınıb. Son nəticədə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik hökm sürəcək. Lakin proses hələ çox uzun çəkəcək”, -deyə Tiqran Avinyan bildirib.