logo

İşğaldan azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək-Nazir

16:55 20-01-2021 | icon 1883
İşğaldan azad olunmuş ərazilərimizə 2,2 milyard manat xərclənəcək-Nazir

Azərbaycan işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə  2,2 milyard manat xərcləyəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibəsində deyib. 

Nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyət və ölkəmizin torpaqlarını işğaldan azad etdiyi Vətən Müharibəsinin nəticələrini dəyərləndirib.

“Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”,-deyə Mikayıl Cabbarov bildirib. .

Nazir  Azərbaycanda yanvarın 18-dən başlayan koronavirusa qarşı peyvəndlənmədən sonra qapanma olan sahələrdə yenidən iş fəaliyyətində canlanma müşahidə ediləcəyinə ümidvar olduğunu bildirib.

“44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra işğal altındakı torpaqlar azad edilib. Müharibədən sonra böyük yenidənqurma planları var. Nəqliyyat əlaqələri genişlənəcək, yeni geosiyasi reallıqlar Azərbaycan iqtisadiyyatında böyüməyə və məşğulluğa önəmli töhfə verəcək”, -deyə  Mikayıl Cabbarov vurğulayıb.

O daha sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizn bərpası bə inkişafı üçün 2,2 milyard manat xərcləyəcəyini bildirib.