logo

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

16:33 20-01-2021 | icon 357
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 28 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 217 min 617 nəfər müalicə olunaraq sağalıb, 3044 nəfər vəfat edib. Aktiv xəstə sayı 7367 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 336 min 498 test aparılıb. Bugünkü test sayı isə 7991-dir.